“Sumqayıt”la oyuna hazırlıq davam edir

1 sentyabr 2020, 19:30

“Neftçi” “Sumqayıt”la oyuna hazırlığı davam etdirir. Komandamız bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb. İlk 15 dəqiqəsi KİV üçün açıq olan hazırlıq prosesində əsas və U-21 milli komandasının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Məşqdən əvvəl isə baş məşqçi Füzuli Məmmədov media nümayəndələrinin suallarını cavablandırıb.

Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” matçı sentyabrın 11-də “Bakcell Arena”da keçiriləcək.