Mamadu Kane: “Çox xoşbəxtəm və meydanda can qoymağa hazıram” (VİDEO)

14 avqust 2020, 10:00

“Neftçi” PFK-nın qvineyalı futbolçusu Mamadu Kanenin Qəbələdəki təlim-məşq toplanışı zamanı “Neftçi TV”yə verdiyi müsahibəni təqim edirik:

“Artıq iki ildir “Neftçi”dəyəm və liqaya yaxşı bələdəm. Burada özümü daha yaxşı hiss edirəm. Azərbaycanda özümü evdəki kimi hiss edirəm. Çünki burada çox xoşbəxtəm. İnsanlar mənə xoş münasibət göstərirlər. Çox xoşbəxtəm və burada özümü çox yaxşı hiss edirəm. Biz Qəbələyə gəlməzdən əvvəl koronavirusla bağlı test verdik. Burada isə təhlükəsizlik tam yüksək səviyyədədir. Hazırlığımız çox yaxşı səviyyədə davam edir. Hər şey məni qane edir. Ümumilikdə hər şey xoşuma gəlir. Məşq və bərpa prosesləri yaxşı gedir. Qidalanmamız yüksək səviyyədədir, çox razıyam. Bu gün eşitdik ki, karantin müddəti bir az da uzadılıb. Çempionatın nə vaxt başlayacağını bilmirik. Buna baxmayaraq, gərgin məşq edirik, həm çempionat, həm də Avropa Liqasının oyunlarına hazırlaşırıq. Komandada hamı çox xoşbəxtdir. Canla-başla məşq edirik. Mənə olan dəstək və sevgiyə görə azarkeşlərə təşəkkür edirəm. Buna görə çox xoşbəxtəm və meydanda can qoymağa hazıram”.