Premyer Liqa

Qəbələ şəhər stadionu 10 sentyabr 2022 

- 18:00

VI tur

Hakim:

Rəvan Həmzəzadə

s
1 - 2
  • 32'

    Məqsəd İsayev

  • 46'

    Ataa Caber

  • 53'

    Ataa Caber

  • 1’

    Oyun başlandı.

  • 2’

    Emin Mahmudovun zərbəsindən sonra Səlahət Ağayev topu tutdu.

  • 3’

    Maçadonun zərbəsinin qarşısını Kvirkveliya kəsdi. Künc zərbəsindən sonra isə Aliminin başla zərbəsi qapının üstündən keçdi.

  • 8’

    "Qəbələ"nin hücumçusu Ramon Maçadonun zərbəsindən sonra top qapıdan keçsə də, VAR-a baxılandan sonra ofsayd qeydə alındı.

  • 12’

    Caberin zərbəsindən sonra qapıçı topu tutdu.

  • 13’

    Azər Əliyevin zərbəsindən sonra rəqib futbolçuya toxunan top qapının üstündən keçdi.

  • 22’

    Emin Mahmudov

  • 23’

    "Qəbələ"nin təhlükəli hücumu zamanı Felipe Santosun zərbəsi qapının yanından keçdi.

  • 25’

    Ataa Caber - Qodsvey Donyo tandeminin paslaşmasından sonra israilli futbolçunun zərbəsini qapıçı tutmağı bacardı.

  • 28’

    Ramon Maçadonun gözəl zərbəsini Aqil Məmmədov eyni gözəlliklə küncə çıxardı.

  • 30’

    Maçadonun zərbəsindən sonra Aqil topu geri qaytardı, Utziqin təkrar zərbəsi qol olsa da, ofsayd qeydə alındı.

  • 32’

    "Qəbələ" hesabı açdı: Məqsəd İsayev fərqləndi - 1:0

  • 38’

    Sayefin əla keçidindən sonra endirdiyi zərbəni qapıçı geri qaytardı, Yusuf Laval təkrar zərbə ilə topu qapıdan keçirdi, amma hakim qayda pozuntusuna işarə verdi.

  • 45’

    İlk hissəyə 4 dəqiqə artırıldı.

  • 45+4’

    İlk hissə başa çatdı.

  • 46’

    İkinci hissə başladı.

  • 46’

    İsmayıl Zülfüqarlı Ömər Buludovu, Mamadu Mbodj isə Solomon Kvirkveliyanı əvəzləyib.

  • 46’

    QOOOLLL! İsmayıl Zülfüqarlının ötürməsindən sonra Ataa Caber baş zərbəsi ilə hesabı bərabərləşdirdi – 1:1

  • 51’

    Qodsvey Donyo zədələnib.

  • 53’

    QOOOLLL! Ataa Caber dəqiq zərbə ilə komandamızı hesabda önə çıxardı – 2:1

  • 54’

    Yeqor Boqomolski zədələnmiş Qodsvey Donyonu əvəzlədi.

  • 62’

    Omar Hani Feras Abu Akalı əvəzlədi.

  • 64’

    "Neftçi"nin təhlükəli hücumu Sayefin qapıya zərbəsi ilə nəticələndi, amma qapıçı topu tutdu.

  • 66’

    Asif Məmmədovun yerinə yetirdiyi cərimə zərbəsi qapıdan xeyli aralı keçdi.

  • 67’

    Kenni Sayef rəqib futbolçuları geridə qoysa da, onun zərbəsi dəqiq alınmadı.

  • 69’

    Sayef bu dəfə uzaq məsafədən qeyri-dəqiq zərbə endirdi.

  • 74’

    Zülfüqarlının ötürməsindən sonra Caberin buraxdığı topu Laval qapıya vurdu, amma qapıçı topu tutdu.

  • 75’

    "Qəbələ"nin futbolçusu başla topu qapıdan keçirdi, amma o, açıq-aşkar ofsaydda idi.

  • 76’

    Bu dəfə Aqil Məmmədov komandamızı qoldan xilas etdi.

  • 76’

    Caberin zərbəsi dəqiq alınmadı.

  • 78’

    Eddi İsrafilovun qüvvətli zərbəsindən sonra topun qapıdan keçməsinə qapıçı mane oldu.

  • 79’

    Rövlan Muradov Felipe Santosu əvəzlədi.

  • 82’

    İlkin Qırtımov

  • 84’

    Ülvi İsgəndərov Ramon Maçadonu əvəzlədi.

  • 86’

    Eddi İsrafilov

  • 87’

    Rəhman Hacıyev Kenni Sayefi, Fərid Yusifli Eddi İsrafilovu əvəzlədi.

  • 88’

    Rəhman Hacıyev

  • 90’

    İkinci hissəyə 5 dəqiqə artırıldı.

  • 90+1’

    Rəhman Hacıyevin zərbəsindən sonra top qapının üstündən aşdı.

  • 90+3’

    Ülvi İsgəndərovun zərbəsindən sonra top qapıdan yan keçdi.

  • 90+3’

    Aqil Məmmədov

  • 90+5’

    Oyun başa çatdı.