Premyer Liqa

Kapital Bank Arena 17 oktyabr 2021 

- 16:30

VII tur

Hakim:

Elçin Məsiyev

s
1 - 1
  • 50'

    Murad Xaçayev

  • 54'

    Sabir Buqrin

  • 1’

    Oyun başladı.

  • 10’

    Bezerranın ötürməsindən sonra əlverişli mövqedə olan Buludovun zərbə vurmasına rəqib mane oldu.

  • 10’

    Sabir Buqrinin zərbəsi dəqiq alınmadı.

  • 14’

    Lavalın ötürməsindən sonra Bezerranın başla zərbəsi qeyri-dəqiq alındı.

  • 26’

    Tellur Mütəllimovun zərbəsindən sonra Aqil Məmmədov topu tutdu.

  • 28’

    Rüfət Abdullazadənin yaxın məsafədən endirdiyi zərbədən sonra Aqil ikinci cəhddə topu tuta bildi.

  • 35’

    Rəqib komandanın üzvləri əvvəlcə Bezerranın, sonra isə Çelikin zərbə endirməsinə mane oldular.

  • 39’

    Huqo Basto

  • 42’

    Rüfət Abdullazadə

  • 45’

    Buqrinin gözəl oyunu, ardınca Lavalın ötürməsindən sonra Bezerra qol şansını boşa verdi. Qapıçı topu tutdu.

  • 45’

    İlk hissəyə 1 dəqiqə əlavə olundu.

  • 45+1’

    İlk hissə başa çatdı.

  • 46’

    İkinci hissə başladı.

  • 48’

    Əli Qurbaninin yaxın məsafədən zərbəsindən sonra top qapının yanından keçdi.

  • 50’

    Murad Xaçayev hesabı açdı - 1:0

  • 52’

    Nəcəfovun ötürməsindən sonra Lavalın başla zərbəsi dəqiq alınmadı.

  • 53’

    Bezerra rəqib müdafiəçini geridə qoyaraq qüvvətli zərbə endirsə də, qapıçı topu küncə çıxardı.

  • 54’

    QOOOLLL! Sabir Buqrin gözəl zərbə ilə hesabı bərabərləşdirdi – 1:1

  • 56’

    Aqil Məmmədov onunla təkbətək çıxan Rüfət Abdullazadə ilə dueldən qalib ayrıldı.

  • 68’

    Ömər Buludov

  • 69’

    Əli Qurbaninin başla zərbəsindən sonra Aqil topu geri qaytardı.

  • 72’

    Aqil əvvəlcə Mütəllimpvun, sonra isə Xaçayevin zərbəsindən sonra topu tutdu.

  • 75’

    Sezar Meza Kolli Mamadu Kaneni əvəzlədi.

  • 75’

    Xəyal Nəcəfov

  • 76’

    Ramon Maçado Tiaqo Bezerranı əvəzlədi.

  • 78’

    Səid Rza Əli Qurbanini əvəzlədi.

  • 80’

    Aqil Məmmədovla Huqo Basto topu uzaqlaşdırmaq istəyərkən toqquşdular. Həkim müdaxiləsindən sonra hər iki futbolçumuz oyuna davam edir.

  • 82’

    Mert Çelikin başla zərbəsindən sonra qapıçı topu tutdu.

  • 85’

    Səbuhi Abdullazadə Murad Xaçayevi əvəzlədi.

  • 89’

    "Neftçi"dən Mirabdulla Abbasov Emin Mahmudovu, rəqibdən isə Elvin Məmmədov Rüfət Abdullazadəni əvəzlədi.

  • 90’

    Maçadonun zərbəsi qapıdan yan keçdi.

  • 90+1’

    İkinci hissəyə 5 dəqiqə artırıldı.

  • 90+1’

    Maçadonun zərbəsindən sonra müdafiəçiyə dəyən top küncə çıxdı.

  • 90+5’

    Buludovun ötürməsindən sonra Maçadonun zərbəsi qapı tirinə tuş gəldi.

  • 90+7’

    Oyun başa çatdı.