Birlik Kubokunun qalibi

  • Ağasəlim Mircavadov

    “Neftçi”ni bir il əvvəlki turnirin finalınadək daşımış baş məşqçi bu il Azərbaycan futbolu tarixində ilk dəfə “Birlik Kuboku”nu komandamıza qazandırıb.

  • Vadim Borets

    “Birlik Kuboku”nun ən yaxşılarından olmuş moldovalı final matçında vacib qola da imza atıb.

  • Branimir Subaşiç

    Meydana çıxdığı 5 oyunda 3 qol vuran serbiyalı hücumçu turnirdəki bombardirimiz olub.

  • Vladimir Miçoviç

    Turniri yüksək səviyyədə keçirən serbiyalı qolkiper “Paxtakor”la 1/4 final matçındakı oyunsonrası penaltilərdə rəqibin iki futbolçusunun zərbəsini dəf edib.

  • Georgi Adamiya

    Bir il əvvəlki turnirdə 6 qolla bombardirimiz olmuş gürcü futbolçu bu dəfə 2 qol vursa da, meydana çıxdığı 4 oyunun hamısında komandaya fayda verib.

  • Nadir Nəbiyev

    Turnirdə komandamızın heyətində ən çox oyun keçirmiş futbolçulardan olan kapitan final matçında vacib qola imza atıb.