Haqqında

  • “Neftçi” Konfrans Liqasında turnirin ilk dəfə keçirildiyi mövsüm debüt edib. 2021/2022-yə Çempionlar Liqasında başlayan komandamız ilk mərhələni keçsə də, ikinci mərhələdə məğlub olaraq Avropa Liqasının üçüncü mərhələsinə, orada da uduzaraq Konfrans Liqasının pley-off mərhələsinə düşüb. Burada İsrailin “Makkabi” (Hayfa) klubu ilə ilk oyunda 3:1 hesablı qələbəni əldən verən (3:3) “ağ-qaralar” cavab matçında böyük hesabla (0:4) məğlub olub.

    “Neftçi” 2023/2024 mövsümünə Konfrans Liqasının ikinci mərhələsindən başlayıb. İki oyunun nəticəsinə görə (2:2, 2:0) Bosniya və Herseqovinanın “Jelezniçar” klubunu geridə qoyan “ağ-qaralar” “Beşiktaş” (Türkiyə) səddini aşa bilməyib – 1:3, 1:2.

    Ümumilikdə isə “Neftçi” Konfrans Liqasında 10 oyun keçirib. Bunlardan 3-də qələbə qazanan komandamız 5 dəfə məğlub olub. 2 görüşdə heç-heçə qeydə alınıb. Top fərqi 14-19-dur.