Neftçi-2
23 may 202618:31

Əvəzedicilər Liqasında 9:0 hesablı qələbə və bürünc medal qazandıq

Əvəzedicilər Liqasında 9:0 hesablı qələbə və bürünc medal qazandıq

“Neftçi-2” Əvəzedicilər Liqasının sonuncu – 27-ci turunda “Şamaxı-2” ilə qarşılaşıb. “Palms Sports” Futbol Mərkəzində keçirilən matçda “ağ-qaralar” 9:0 hesabı ilə qalib gəlib. Fərhad Fərhadlı, Rəvan Səfərli və Ezekiel Oluvafemi dubla imza atıblar. Vüsal Kərimov, Ömər Qurbanov və Röyal Fərzullazadə hərəyə bir dəfə fərqləniblər.

Bununla da 27 oyunda 53 xal toplayan “Neftçi-2” mövsümü 3-cü yerdə bitirərək bürünc medal qazanıb.