Neftçi-2
11 sentyabr 202618:55

Əvəzedicilərdən 4 cavabsız qol

Əvəzedicilərdən 4 cavabsız qol

“Neftçi” Əvəzedicilər Liqasında böyühesablı qələbə qazanıb. “Ağ-qaralar” 4-cü turda “Şəfa”nı 4:0 hesabı ilə məğlub edib. “Palms Sports” Futbol Mərkəzində baş tutan matçda qolları Tunar Mehdiyev (15-ci dəqiqə), Elvin Vəliyev (27-ci dəqiqə), Məhəmməd Məmmədli (45+1-ci dəqiqə) və Vüsal Kərimov (58-ci dəqiqə) vurublar.

Qeyd edək ki, 4 oyunda 6 xal toplayan əvəzedici komandamız 5-ci turda “İmişli”nin qonağı olacaq. 5-ci turun görüşləri 9-11 oktyabrda keçiriləcək.