Neftçi-2
21 avqust 202619:28

Əvəzedici komandamız mövsümə məğlubiyyətlə başladı

Əvəzedici komandamız mövsümə məğlubiyyətlə başladı

“Neftçi” bu mövsüm Əvəzedicilər Liqasında ilk oyununu keçirib. “Ağ-qaralar” 1-ci turda “Sumqayıt”a 0:1 hesabı ilə məğlub olub. Yeganə qolu “SOCAR Polymer Arena”nın ehtiyat meydançasında baş tutan matçın 85-ci dəqiqəsində penaltidən Nihad Orucəli vurub.

Qeyd edək ki, baş məşqçi Rəşad Abdullayevin yetirmələri 2-ci turda “Araz-Naxçıvan”ı qəbul edəcəklər. “Palms Sports” Futbol Mərkəzində keçiriləcək görüş avqustun 31-i saat 17:00-da başlanacaq.