Əvəzedicilər məğlub oldular

“Neftçi” Əvəzedicilər Liqasında növbəti oyununa çıxıb. “Ağ-qaralar” 3-cü turda “Zirə”yə 0:2 hesabı ilə məğlub olub. Binə qəsəbə stadionunda baş tutan matçda qolları Əli Məmmədov (58-ci dəqiqə) və Hüseyn Vəlizadə (90+1-ci dəqiqə) vurublar.
Qeyd edək ki, baş məşqçi Rəşad Abdullayevin yetirmələri 4-cü turda “Şəfa”nı qəbul edəcəklər. Sentyabrın 11-də “Palms Sports” Futbol Mərkəzində keçiriləcək matç saat 17:00-da başlanacaq.
















