“Dinamo” ilə səfər oyunundan əvvəl mətbuat konfransı və açıq məşq

“Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin Minsk “Dinamo”su ilə cavab oyunu üçün sabah səhər saat 09:00-da səfərə çıxacaq. Komandamız matçın keçiriləcəyi Bolqarıstanın Stara-Zaqora şəhərinə yollanacaq.
Sabah Bakı vaxtı ilə saat 20:30-da “Beroe” stadionunda baş məşqçisi Yuri Vernidubun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. 21:00-da isə komandamızın oyunöncəsi son məşqinə çıxacaq. Məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq.
Qeyd edək ki, “Dinamo” (Minsk) – “Neftçi” görüşü Bakı vaxtı ilə sabah saat 21:00-da başlanacaq və “İctimai TV” kanalı vasitəsilə canlı yayımlanacaq. “Youtube” platforması üzərindən isə matçı yalnız “Neftçi TV”dən izləmək mümkün olacaq.





