A Komanda
16 avqust 202622:10

Yuri Vernidub: “Ən önəmlisi odur ki, mövsümə qələbə ilə başladıq”

Yuri Vernidub: “Ən önəmlisi odur ki, mövsümə qələbə ilə başladıq”

“Neftçi” PFK-nın baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının “Sumqayıt” klubu ilə 1-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“İlk matçımızı səfərdə keçirdik. Oyunumuz yaxşı alındı. 3 qol vurduq, amma daha çox fərqlənə bilərdik, sadəcə, şanslardan yararlanmadıq. Eyni zamanda, belə bir qol buraxmamalıydıq. Bununla belə, oyundan, futbolçulardan və nəticədən razıyam. Ən önəmlisi odur ki, mövsümə qələbə ilə başladıq. Üzərində işləməli olduğumuz çoxlu nüanslar var ki, bunları edəcəyik. Yeni transferlərimizə gəlincə, onların tam uyğunlaşması üçün bir az zaman lazımdır. Heyəti yenə də gücləndirməyə ehtiyac var, amma komandamıza uyğun futbolçu axtarışındayıq ki, bu da çox ağır prosesdir. Komandamızda kifayət qədər azərbaycanlı futbolçu oynayır. Xüsusilə milli komandanın formalaşdırılmasında bu çox önəmlidir. Komanda olaraq birlikdə çalışırıq ki, sonda gözəl nəticələr ortaya qoyulsun, biz də buna baxıb sevinək”.

Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: