“Araz-Naxçıvan”la oyunun hazırlığına başladıq

“Neftçi” Misli Premyer Liqasının 2-ci turunda qarşılaşacağı “Araz-Naxçıvan” klubu ilə matçın hazırlığına start verib. “Palms Sports” Futbol Mərkəzində əvvəlcə trenajor zalında çalışan komandamızın üzvləri ardınca meydançada məşq ediblər.
Yeni transfer Draqolyub Saviç “Neftçi”nin heyətində ilk məşqinə çıxıb.
Qeyd edək ki, “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” oyunu avqustun 23-ü saat 20:45-də başlanacaq.





