A Komanda
23 avqust 202623:24

“Palms Sports Arena”da böyükhesablı qələbə

“Palms Sports Arena”da böyükhesablı qələbə

“Neftçi” bu mövsüm Misli Premyer Liqasında ardıcıl ikinci qələbəsini qazanıb. “Ağ-qaralar” 2-ci turda “Araz-Naxçıvan”a 5:0 hesabı ilə qalib gəlib. “Palms Sports Arena”da baş tutan matçda qolları Breno Almeyda (14 və 17-ci dəqiqələr), Falaye Sako (35-ci dəqiqə), İqor Ribeyro (41-ci dəqiqə) və Endryu Qravilyon (90-cı dəqiqə) vurublar.

Qeyd edək ki, 2 turdan sonra 6 xalla turnir cədvəlində liderliyə yüksələn “Neftçi” 3-cü turda “Zirə”nin qonağı olacaq.