A Komanda
17 October 202622:23

Yuri Vernidub: “Məqsədimiz ən yüksəkdə olmaqdır”

Yuri Vernidub: “Məqsədimiz ən yüksəkdə olmaqdır”

“Neftçi” PFK-nın baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının “Qarabağ” klubu ilə 8-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Futbolda belə şeylər olur. Bəzən 0:3-dən sonra hesab 3:3 olur, bəzən isə 3:4 hesabı ilə uduzursan. Əsas odur ki, bu səhvlərdən nəticə çıxarıb üzərində işləyək. Səfərdə olsa belə, bu matçı udmaq lazım idi, amma təəssüf ki, belə alındı. Derbidə heç kim uduzmaq istəmir. Azərbaycanda məhz “Neftçi” və “Qarabağ” komandaları arasında oyunlar derbi sayılır. Bu onu göstərir ki, biz düz yoldayıq və “Neftçi”nin daha da güclü olması üçün işimizə davam edəcəyik. Həmişə sonadək mübarizə aparacağıq. Məqsədimiz ən yüksəkdə olmaqdır. Səmimi deyim ki, biz son 2 matçda 4 xal itirdik”.

Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: