A Komanda
9 October 202623:25

Yuri Vernidub: “Bu gün biz 2 xal itirdik, çünki mən həmişə qələbə qazanmaq istəyirəm”

Yuri Vernidub: “Bu gün biz 2 xal itirdik, çünki mən həmişə qələbə qazanmaq istəyirəm”

“Neftçi” PFK-nın baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının “Sabah” klubu ilə 7-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Həm “Neftçi”nin, həm də “Sabah”ın göstərdiyi oyun çox xoşuma gəldi. Rəqibimiz ölkə çempionu və Çempionlar Liqasının iştirakçısıdır. Bərabər səviyyəli oyunun şahidi olduq. Bizim təhlükəli epizodlarımız daha çox oldu, amma onlardan istifadə edə bilmədik. Futbolçularıma minnətdaram ki, həm tempi saxladılar, həm də intensivliyi qorudular. Demək olar ki, heç bir mübarizədə uduzmadılar. Yalnız qol vura bilmədiyimizə görə təəssüflənirəm. Bununla belə, 1 xal da bizi qane edir ki, öz oyunumuzu qurub irəliyə doğru davam edək. Həm də nəzərə alaq ki, hər iki komandanın heyətində milli düşərgədən qayıdan çox sayda futbolçu var. Bu gün biz 2 xal itirdik, çünki mən həmişə qələbə qazanmaq istəyirəm”.

Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: