A Komanda
12 October 202620:00

“Qarabağ”la matçın hazırlığına başladıq

“Qarabağ”la matçın hazırlığına başladıq

“Neftçi” Misli Premyer Liqasının 8-ci turunda qarşılaşacağı “Qarabağ” klubu ilə matçın hazırlığına start verib. “Sabah” ilə oyundan sonra bərpa məşqi edib bir günlük istirahətə buraxılan “ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində hazırlaşıblar. Komandamızın üzvləri əvvəlcə trenajor zalında, sonra isə meydançada məşq ediblər.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” görüşü oktyabrın 17-si saat 19:00-da başlanacaq.