Respublika stadionunda qələbəni əldən verdik

“Neftçi” Misli Premyer Liqasının 8-ci turunda “Qarabağ” klubu ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda heç-heçə qeydə alınıb – 3:3.
“Ağ-qaralar”ın qollarını Qustavo Klisman (11-ci və 34-cü dəqiqələr) və Draqolyub Saviç (52-ci dəqiqə) vurublar. Rəqibin heyətində isə Aleksey Kaşuk (18-ci dəqiqə), Renaldo Sefas (89-cu dəqiqə) və Kadi Borqes (90+5-ci dəqiqə) fərqləniblər.
Qeyd edək ki, “Neftçi” 8 oyundan sonra 17 xalla turnir cədvəlində 2-ci yeri tutur.
Oxşar xəbərlər

A Komanda1 həftə əvvəl




































