Yüksək Qızlar Liqasının üçqat çempionuyuq!

Qızlardan ibarət komandamız Yüksək Qızlar Liqasında ardıcıl üçüncü dəfə Azərbaycan çempionu olub. Baş məşqçi Siyasət Əsgərovun yetirmələri sona 2 tur qalmış “Sumqayıt” üzərində 6:0 hesablı səfər qələbəsi qazanmaqla çempionluğu rəsmiləşdirib.
Bununla da “ağ-qaralar” növbəti dəfə qadınlar arasında keçirilən UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.
















