Akademiya
25 May 202620:15

U-17 Liqasında mövsümü qızıl medallarla başa vurduq!

U-17 Liqasında mövsümü qızıl medallarla başa vurduq!

“Neftçi” U-17 Liqasının çempionluğunu qazanıb. Komandamız II mərhələnin sonuncu – 14-cü turunda “Sabah”la qolsuz heç-heçə edəndən sonra buna nail olub. Hər iki komanda mövsümü 30 xalla bitirib, amma ümumi göstəricilərdə baş məşqçi Elvin Məmmədovun yetirmələri rəqibini üstələyib.

Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Çempionatda 3-cü yeri tutan “Qarabağ” bürünc, 2-ci pillənin sahibi “Sabah” gümüş, çempion “Neftçi” isə qızıl medallar və kubokla təltif olunub. Mükafatları AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və Yarışların təşkili departamentinin rəhbəri Emin Cəfərov təqdim ediblər.