Akademiya
16 May 202614:40

U-17 komandamız çempionluğun bir addımlığında

U-17 komandamız çempionluğun bir addımlığında

“Neftçi” U-17 Liqasında vacib qələbə qazanıb. “Ağ-qaralar” II mərhələnin 13-cü turunda “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəlib. “SOCAR Polymer Arena”da keçirilən matçda komandamızın qollarına Adəm Qafarov və Xəzər Nağızadə imza atıblar.

Qeyd edək ki, 13 oyundan 29 xalla turnir cədvəlində liderliyi “Sabah”la bölüşən “Neftçi” sonuncu turda çempionluq uğrunda mübarizədə əsas rəqibini qəbul edəcək.