Akademiya
9 September 202619:23

Gənclər Liqasındakı ikinci oyunumuzda ikinci böyükhesablı qələbəmiz

Gənclər Liqasındakı ikinci oyunumuzda ikinci böyükhesablı qələbəmiz

“Neftçi” bu mövsüm Gənclər Liqasındakı ikinci oyununda ikinci böyükhesablı qələbəsini qazanıb. Baş məşqçi Asif Ramazanovun yetirmələri 4-cü turda “Zirə”ni 5:0 hesabı ilə məğlub ediblər. “Palms Sports” Futbol Mərkəzində keçirilən görüşdə qolları İsmayıl Səfərli, Xəzər Nağızadə, Adəm Qafarov, Emin Süleymanov və Kamran İsmayılov vurublar.

Qeyd edək ki, ilk turu buraxan “ağ-qaralar” 2-ci turda “Qəbələ”yə 4:0 hesabı ilə qalib gəlmişdi. Komandamızın “Sabah”la 3-cü tur matçı isə təxirə salınıb.