A Komanda
1 October 202615:23

Yoxlama oyunu keçirəcəyik

Yoxlama oyunu keçirəcəyik

“Neftçi” milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilə müddətində yoxlama matçı keçirəcək. Komandamız “Araz-Naxçıvan” klubu ilə qarşılaşacaq. Oktyabrın 2-də “Palms Sports” Futbol Mərkəzində baş tutacaq görüş saat 15:30-da start götürəcək.

Qarşılaşma media üçün qapalı olacaq.

Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasında növbəti oyununu oktyabrın 9-da “Sabah”a qarşı keçirəcək. “Palms Sports Arena”da baş tutacaq matç saat 19:30-da başlanacaq.