Yuri Vernidub: “İkinci hissədə daha yaxşı oyun göstərib qalib gəldik”

“Neftçi” PFK-nın baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının “Qəbələ” klubu ilə 6-cı tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Qəbələdə oynamaq həmişə çətindir. Buranın havasına öyrəşmək üçün bir az vaxta ehtiyac olur. Ona görə də futbolçular ilk hissəni daha çox buna sərf etdilər. Bununla belə, ikinci hissədə daha yaxşı oyun göstərib qalib gəldik. Çempionatda yaranacaq fasiləyə görə futbolçulara 5 günlük istirahət verəcəyik. Bu ayın 24-də bazada toplanıb “Sabah”la matçın hazırlığına başlayacağıq. Hazırlıq çərçivəsində oktyabrın 2-də “Araz-Naxçıvan”la yoxlama oyunu keçirəcəyik. “Sabah”dan sonra “Qarabağ” və “Turan Tovuz”la da qarşılaşacağıq. Yəni bizi 3 çətin matç gözləyir”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:






