Futbolçumuz Afrika Millətlər Kubokunun seçmə mərhələsində

“Neftçi”nin futbolçusu Sessi D’Almeyda Afrika Millətlər Kubokunun seçmə mərhələsində mübarizə aparan Benin milli komandasına dəvət olunub. Benin millisi sentyabrın 25-də Burkina Faso, ayın 29-da Mavritaniya yığması ilə qarşılaşacaq. Oktyabrın 6-da isə Argentina ilə yoldaşlıq matçı keçiriləcək.
Qeyd edək ki, Sessi D’Almeyda Benin milli komandasının heyətində 46 oyunda meydana çıxıb, 1 qol vurub.





