A Komanda
26 September 202619:20

“Neftçi”də ikitərəfli oyun

“Neftçi”də ikitərəfli oyun

“Neftçi” növbəti matça hazırlığını davam etdirir. Məşqlərimiz “Palms Sports” Futbol Mərkəzində təşkil olunur. Baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında hazırlaşan komandamızın üzvləri bu gün ikitərəfli oyun keçiriblər.

Hazırlıq prosesində milli komandaların düşərgəsində olan futbolçular iştirak etmirlər. Əvəzində, B komandamızdan 6 oyunçu məşqlərə cəlb olunub.

Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasında növbəti matçını oktyabrın 9-da “Sabah”a qarşı keçirəcək. “Palms Sports Arena”da baş tutacaq görüş saat 19:30-da start götürəcək.