Akademiya
16 September 202619:55

U-17 Liqasında mövsümdəki ilk qələbəmiz

U-17 Liqasında mövsümdəki ilk qələbəmiz

“Neftçi” bu mövsüm U-17 Liqasında ilk qələbəsini qazanıb. Baş məşqçi Elvin Məmmədovun yetirmələri 3-cü turda “Zirə”ni 2:0 hesabı ilə məğlub ediblər. “Rekord Arena”da baş tutan oyunda qolları Renat Əliyev və Əli Musazadə vurublar.

Qeyd edək ki, ilk turu buraxan “ağ-qaralar” 2-ci turda “Sabah”a məğlub olmuşdu.

Komandamız 4-cü turda “Sumqayıt”ı qəbul edəcək. Sentyabrın 20-si saat 16:00-da “Palms Sports” Futbol Mərkəzində keçiriləcək matç “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.