A Komanda
17 September 202617:39

Hazırlığı başa vurub Qəbələyə yola düşdük

Hazırlığı başa vurub Qəbələyə yola düşdük

“Neftçi” Misli Premyer Liqasının 6-cı turunda qarşılaşacağı “Qəbələ” klubu ilə matçın hazırlığını başa vurub. “Ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar. Komandamızın üzvləri hazırlıq prosesindən sonra səfərə yola düşüblər.

Qeyd edək ki, sentyabrın 18-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” matçı saat 17:30-da başlanacaq.