A Komanda
11 September 202619:29

Yuri Vernidub: “Ən yaxşı amillərdən biri meydana sonradan daxil olan futbolçuların tempi artırması idi”

Yuri Vernidub: “Ən yaxşı amillərdən biri meydana sonradan daxil olan futbolçuların tempi artırması idi”

“Neftçi” PFK-nın baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının “İmişli” klubu ilə 5-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“2:0 önə keçdikdən sonra hesab bərabərləşirsə, bu yaxşı hal deyil. Çünki belə vəziyyətdə oyunu davam etdirmək daha çətin olur. Ona görə də futbolçulara demişəm ki, belə oynamağa haqqımız yoxdur. Eyni səhvləri təkrarlamamalıyıq. Bu haqda yenə danışacağıq. Bir daha belə səhvlər etməməliyik. Xüsusilə nəzərə alaq ki, buraxdığımız hər iki qol yersiz idi. Ən yaxşı amillərdən biri meydana sonradan daxil olan futbolçuların tempi artırması idi”.

Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: