A Komanda
14 September 202619:30

Təşəkkürlər, Elvin Camalov!

Təşəkkürlər, Elvin Camalov!

“Neftçi” PFK ilə futbolçu Elvin Camalov arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 

Təcrübəli futbolçuya ağ-qara formada göstərdiyi yüksək peşəkarlıq və əzmkarlığa görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.

2025-ci ilin yanvarında “Neftçi”yə transfer olunmuş Elvin bu müddətdə komandamızın heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.