“Qəbələ” ilə matçın hazırlığına başladıq

“Neftçi” Misli Premyer Liqasının 6-cı turunda qarşılaşacağı “Qəbələ” klubu ilə matçın hazırlığına start verib. “İmişli” ilə səfər oyunundan sonra bərpa məşqi edib bir günlük istirahətə buraxılan komandamızın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində hazırlaşıblar. “Ağ-qaralar” əvvəlcə trenajor zalında, sonra isə meydançada məşq ediblər.
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” görüşü sentyabrın 18-i saat 17:30-da başlanacaq.

























