A Komanda
29 July 202622:31

“Dinamo” ilə cavab matçının hazırlığı yekunlaşdı

“Dinamo” ilə cavab matçının hazırlığı yekunlaşdı

“Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Dinamo” (Minsk) klubu ilə cavab oyunundan əvvəl son məşqə çıxıb. Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda təşkil olunan hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Qeyd edək ki, iyulun 30-u eyni arenada keçiriləcək “Dinamo” (Minsk) – “Neftçi” matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq və “İctimai TV” kanalı vasitəsilə canlı yayımlanacaq. “Youtube” platforması üzərindən isə matçı yalnız “Neftçi TV”dən izləmək mümkün olacaq.