A Komanda
22 July 202623:42

Yuri Vernidub: “Matçı təhlil etmək, nəticə çıxarmaq lazımdır ki, bir daha belə səhvləri təkrarlamayaq”

Yuri Vernidub: “Matçı təhlil etmək, nəticə çıxarmaq lazımdır ki, bir daha belə səhvləri təkrarlamayaq”

“Neftçi” PFK-nın baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin “Dinamo” (Minsk) klubu ilə ilk oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Çoxlu səhvlər etdik və rəqib bunlardan istifadə edib qollar vurdu. Oyunun 20-ci dəqiqəsindən sonra vəziyyət dəyişdi. Emil Balayev zədəli oynadı və yəqin ki, qolu da bu səbəbdən buraxdı. İkinci hissəyə də rəqibin qolu ilə başladıq. Qolların hamısı səhvlərimizin nəticəsində oldu. Qol buraxandan sonra da epizodlar yarada bildik, lakin sən vura bilməyəndə, rəqib fərqlənir. Matçı təhlil etmək, nəticə çıxarmaq lazımdır ki, bir daha belə səhvləri təkrarlamayaq. Futbolçular haqqında danışmaq düzgün olmaz, ilk növbədə mən günahkararam. Cavab oyununa ciddi hazırlaşacağıq. Mərhələni keçə bilərik, bu mümkündür. “Dinamo” da birinci təsnifat mərhələsinin ilk oyununda uduzsa da, cavab matçında penaltilərdə qalib gəlib rəqibini mübarizədən kənarlaşdırıb”.

Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: