A Komanda
25 July 202622:30

Cavab matçının hazırlığına başladıq

Cavab matçının hazırlığına başladıq

“Neftçi” Minsk “Dinamo”su ilə cavab matçının hazırlığına start verib. İlk oyunun ertəsi bərpa məşqi edib bir günlük istirahətə buraxılan komandamızın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində hazırlaşıb.

Qeyd edək ki, iyulun 30-u Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək “Dinamo” (Minsk) – “Neftçi” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq və “İctimai TV” kanalı vasitəsilə canlı yayımlanacaq. “Youtube” platforması üzərindən isə matçı yalnız “Neftçi TV”dən izləmək mümkün olacaq.