"Neftçi" PFK-nın Bakıxanov qəsəbəsində yerləşən, müasir tələblərə tam cavab verən təlim-məşq bazası komandanın tam ixtiyarına verilib.
"Palms Sports" Futbol Mərkəzi adlanan bazada 6 mərtəbədən ibarət inzibati binada klubun əməkdaşlarının fəaliyyət göstərməsi üçün ofislər, futbolçuların yaşaması, qidalanması, tibbi müayinə və bərpa prosesi keçməsi üçün bütün imkanlar yaradılıb.
Təlim-məşq bazasının ərazisində hazırda beynəlxalq standartlara cavab verən 3 təbii otdan, 1 üstü açıq, 1 ədəd isə qapalı süni meydança artıq futbolçuların ixtiyarına verilib. Hazırda "Neftçi"nin əsas və aşağı yaşlardan ibarət bütün komandaları məşqlərini burada edirlər. Həmçinin əvəzedici və akademiya komandaları rəsmi oyunlarını da baza ərazisində fəaliyyət göstərən meydançalarda keçirirlər.


