“Neftçi” PFK-nın rəsmi mağazası stadionumuzun ərazisində yerləşir. Mağaza “Kappa” tərəfindən “Neftçi” üçün eksklüziv hazırlanmış mövlümlük hər üç oyun forması, məşq formaları, həmçinin digər məhsul çeşidləri – atributlar, suvenirlər və s. ilə xidmətinizdədir. Məhsulları onlayn olaraq http://store.neftchi.az saytından, həmçinin “Volt” və “Umiko” onlayn satış platformalarından da əldə etmək mümkündür.
Bundan əlavə, “Neftçi store” stendi “Sea Breeze” ərazisində də hər gün satış fəaliyyəti göstərir.
“Palms Sports Arena”da yerləşən rəsmi mağazamız həftəiçi hər gün saat 10:00-dan 19:00-dək, həmçinin oyun günləri işləyir.


