Arena 14 sentyabr 2012-ci ildə açılıb. Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Cəmşid Naxçıvanski küçəsi, 54 ünvanında yerləşən və əvvəllər 8-ci km Stadionu, “Bakcell Arena” və “Neftçi Arena” adlanan idman qurğusu. Ümumi sahəsi 22.500 kvadratmetr olan stadion beynəlxalq standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vitse-prezident Mehriban Əliyeva Arenanın açılış mərasimində iştirak ediblər.
Stadionda FIFA U-17 Qadınlararası Dünya Kuboku, U-17 Avropa Çempionatı, Dünya Kuboku və AVRO Seçmə Oyunları, UEFA Çempionlar Liqası və Avropa Konfrans Liqasının Seçmə Raundu, UEFA Avropa Liqasının Seçmə və Qrup mərhələsi və digər turnirlərin oyunları keçirilib. Arenada UEFA Stadionu 4-cü kateqoriyaya malikdir.
2012-ci ildə keçirilən FIFA U-17 Qadınlararası Dünya Kubokundan sonra AFFA və “Neftçi” PFK arasında qarşılıqlı razılaşma əsasında komandamıza təhvil verilib. Komandamız 2012/13 Azərbaycan Premyer Liqası mövsümünün 13-cü turunda ilk oyununu bu stadionda “Sumqayıt”a qarşı keçirib.


