Siyasət Əsgərov

  • Vəzifəsi:

    Baş məşqçi

  • Doğum tarixi:

    17.07.1987

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Qoşulub:

    2024

Siyasət Əsgərov 17 iyul 1987-ci ildə Bakıda anadan olub. Məşqçilik fəaliyyətinə 2007-ci ildə MOİK-in əvəzedici heyətində köməkçi məşqçi kimi başlayıb. 2008-2009-cu illərdə MOİK-də baş məşqçi, 2009-2010-cu illərdə MOİK-in əvəzedici heyətində baş məşqçi, 2010-2012-ci illərdə 17 yaşadək qızlardan ibarət milli komandada məşqçi kimi çalışıb. 2013-cü ildən etibarən 19 yaşadək qızlardan ibarət milli komandada məşqçi, 17 yaşadək qızlardan ibarət milli komandada baş məşqçi, 15 yaşadək qızlardan ibarət milli komandada isə məşqçi kimi fəaliyyət göstərir. O, eyni zamanda, qadınlardan ibarət Azərbaycan milli komandasını da çalışdırır.

UEFA-nın “UEFA Pro” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.