Xəyyam Bəkirov

  • Vəzifəsi:

    Köməkçi məşqçi

  • Doğum tarixi:

    28.01.1961

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Qoşulub:

    2023

Xəyyam Bəkirov 28 yanvar 1961-ci ildə Yevlax şəhərində dünyaya gəlib. 1997-2003-cü illərdə həvəskarlar liqasında çıxış edən “Metropoliten” klubunun baş məşqçisi olub. 2004-2008-ci illərdə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Gənclərbirliyi” (Sumqayıt) klubunda baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirib. 2008-2017-ci illərdə “İnter”in U-10, U-12, U-14, U-15 və U-16, 2018-2019-cu illərdə “Yuventus” Futbol Akademiyasının U-10 və U-12, 2020-2022-ci illərdə “Keşlə”nin U-11, U-12 və U-13, 2022-2023-cü illərdə isə “Şamaxı”nın U-14 komandasını çalışdırıb. 2023-cü ilin noyabrından “Neftçi”dədir.

UEFA-nın “B” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.