Elnur İmamquliyev

  • Vəzifəsi:

    Baş məşqçi

  • Doğum tarixi:

    02.11.1983

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Qoşulub:

    2023

Elnur İmamquliyev 1983-cü il noyabrın 2-də dünyaya gəlib. Futbolçu karyerası ərzində “Bakılı”, “Neftçi”, “Turan” (Tovuz), MOİK, “Gənclərbirliyi” (Sumqayıt), “Karvan” (Yevlax), “Rəvan”, “Sumqayıt” klublarında, eləcə də U-21 milli komandamızda çıxış edib.

2012-ci ildə futbolçu karyerasını başa vuraraq məşqçiliyə başlayıb. “Qala” (2012-2013), “Rəvan” U-17 və U-19 (2013-2016), AZAL U-12 (2016-2017), “Rəvan-2” (2017-2018), “Zirə” U-19 (2018), “Qəbələ” U-10, U-12 (2018-2020), “Neftçi” U-15 (2020), “Qarabağ” U-13 (2021-2022) komandalarında baş məşqçi, “Qaradağ Lökbatan” (2020-2021) klubunda köməkçi məşqçi vəzifələrində çalışıb.

UEFA-nın “B” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.