İsmayıl Məmmədov

  • Vəzifəsi:

    Köməkçi məşqçi

  • Doğum tarixi:

    05.08.1976

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Qoşulub:

    2021

1976-cı il avqustun 5-də Sumqayıt şəhərində anadan olub. 7 yaşında “Xəzər”də (Sumqayıt) futbolla məşğul olmağa başlayan İsmayıl bu klubdan başqa, MOİK, “Şəmkir”, “Neftçi”, “Qarabağ”, “Karvan”, “İnter” və “Abşeron”da çıxış edib və milli komandamızın şərəfini qoruyub. Məmmədov “Şəmkir”lə Azərbaycan çempionu (2000, 2001), “Abşeron”la I Divizionun qalibi (2011) olub.

“Sumqayıt” (U-12) və FUİJGOEM-da (U-12, U-13, U-14) baş məşqçi, “Səbail-2”, “Neftçi-2” və U-17 milli komandasında köməkçi məşqçi, AFFA-nın “Elit məşq” layihəsində seleksiyaçı məşqçi kimi çalışıb, “Səbail-2” ilə əvəzedicilərin çempionu (2018) olub.

UEFA-nın “B” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.