Asif Ramazanov

  • Vəzifəsi:

    Baş məşqçi

  • Doğum tarixi:

    28.04.1987

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Qoşulub:

    2021

1987-ci il aprelin 28-də Qax şəhərində anadan olub. Futbol oynamağa 6 yaşında Qaxın “Kürmük” klubunda başlayıb. Asif Ramazanov Peşəkar karyerası ərzində “Ədliyyə”, “Spartak” (Quba) və “Simurq” (Zaqatala) klublarında oynayıb.

Məşqçi kimi “Simurq”, “Rəvan”, “Sumqayıt-2”, “Səbail” (U-17), “Sumqayıt” (U-16), “Sabah-2”, “Səbail” (U-16) komandalarında çalışıb.

UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.