Vasif Əliyev

  • Vəzifəsi:

    Köməkçi məşqçi

  • Doğum tarixi:

    06.08.1986

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Qoşulub:

    2018

1986-cı il avqustun 6-da Bakı şəhərində anadan olub. Futbolun sirlərini “Neftçi” Futbol Məktəbində öyrənib və ilk peşəkar klubu da paytaxt təmsilçisi olub. 2002-2005-ci illərdə burada çıxış edib. Daha sonra MOİK, “Qəbələ”, “Bakı”, “Standart”, “Simurq” və “Kəpəz”in şərəfini qoruyub. Vasif Əliyev 2008/2009-cu illər mövsümündə “Giresunspor”da (Türkiyə) legioner həyatı yaşayıb. 2012-ci ildə yenidən “Neftçi”yə qayıdıb. 2014-cü ildə  30 yaşında futbola başladığı komandada karyerasını başa vurub və məşqçiliyə başlayıb. “Neftçi”nin heyətində ölkə çempionatının və kubokunun qalibi olub.

UEFA-nın “B” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.