Emin Mustafayev

  • Vəzifəsi:

    Baş məşqçi

  • Doğum tarixi:

    02.02.1990

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Qoşulub:

    2019

1990-cı il fevralın 2-də Sumqayıt şəhərində anadan olub. Ağstafanın “Avey” futbol məktəbində futbola başlayıb. İlk peşəkar klubu I Divizionda iştirak edən “Gənclik-95” olub. Daha sonra “Qarabağ”, MOİK, “Sumqayıt”, “Rəvan”, “Karsspor” (Türkiyə), “Zirə” və “Qaradağ Lökbatan”da forma geyinib. U-17, U-19 və U-21 milli komandalarının şərəfini qoruyub.

Emin Mustafayev 29 yaşında futbolçu karyerasını başa vurub və məşqçiliyə başlayıb.

UEFA-nın “B” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.