Rəhman Hacıyev müqaviləni artırıb, icarəyə verildi

8 iyul 2020, 16:00

“Neftçi” PFK futbolçu Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb. 26 yaşlı yarımmüdafiəçi ilə gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 illiyə artırılıb. Rəhman Hacıyev gələn mövsümün sonunadək “Keşlə” klubuna icarəyə verilib.

Qeyd edək ki, Rəhman Hacıyev “Neftçi”də keçirdiyi 6 mövsüm ərzində 166 oyunda meydana çıxıb, 16 qola imza atıb.