
Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Müdafiə Nazirliyinin məlumatına görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.
Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb. “Neftçi” PFK şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək, Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfa diləyir!
Tövsiyə olunur
-
Emin Əfəndi “Neftçi” PFK-nın mətbuat katibi vəzifəsinə təyin olundu
Klub 28 sentyabr 2023, 09:00 -
27 sentyabr – Anım Günüdür
Klub 27 sentyabr 2023, 00:00 -
“Neftçi” PFK-nın yeni strukturu təsdiqlənib
Klub 26 sentyabr 2023, 12:00 -
Vitse-prezident Elnur Eyvazov “Neftçi”dən ayrıldı
Klub 25 sentyabr 2023, 12:42