“Neftçi” iki yoxlama oyunu keçirəcək

4 iyun 2020, 13:00

“Neftçi” PFK Premyer Liqanın qarşıdakı 8 oyununun hazırlığını davam etdirir. Artıq 3 gündür məşq edən komandamız hazırlıq çərçivəsində yoxlama oyunları keçirəcək. “Ağ-qaralar” iyunun 9-u saat 18:00-da “Türk Hava Yolları Futbol Mərkəzi”ndə “Keşlə”, iyunun 14-ü saat 20:00-da isə “Bakcell Arena”da “Qəbələ” ilə qarşılaşacaq.

Qeyd edək ki, “Neftçi” uzun fasilədən sonra ilk rəsmi oyununu iyunun 21-də səfərdə “Zirə”yə qarşı keçirəcək.