“Neftçi” Donald Gerye ilə yollarını ayırdı

1 iyun 2020, 14:00

“Neftçi” PFK müqavilə müddəti başa çatan müdafiəçi Donald Gerye ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb. Haitili futbolçuya gələcək karyerasında uğurlar arzulayırıq!

Qeyd edək ki, Donald Gerye bu mövsüm “Neftçi”nin heyətində 14 oyunda meydana çıxıb, 1 qol vurub.