“Neftçi Esports”dan möhtəşəm start

3 iyun 2020, 23:15

“Neftçi Esports” E Milli Liqada ilk oyunlarını keçirib. “Qoşqar” FK ilə birinci görüşdə 6:1 hesabı ilə qalib gələn komandamız cavab matçında rəqibin qapısından 5 cavabsız top keçirib. Bununla da ümumi hesab 11:1 olub.

“Neftçi Esports”un mübarizə apardığı E qrupunun digər oyununda isə “Ağsu” “Ərkivan”ı 8:6 (6:2, 2:4) hesabı ilə məğlub edib. İlk turdan sonra qrupunda birinci olan komandamızın növbəti görüşü haqda məlumat verəcəyik.

Qeyd edək ki, 7 qrupdan ibarət olan və 28 komandanın qatıldığı turnirin qrup mərhələsində ilk iki yeri tutanlarla yanaşı, ən yaxşı 3-cü olan 2 komanda pley-ofa vəsiqə qazanacaq.