Ramazan bayramınız mübarək!

24 may 2020, 00:00

Dəyərli müsəlman bacı və qardaşlarımız, sizi dünya müsəlmanlarının mübarək Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. Ramazan ayı islam dininin mənəviyyatı möhkəmləndirmək, müsəlmanlar arasında dini-mənəvi birlik duyğusunu gücləndirmək, ilahi hikmətlərdən daha da faydalanmaq işinə xidmət edən ən mübarək aylarından biridir. Ramazan ayının sınaqlarından çıxmış hər bir müsəlman bu günü böyük qürur və fərəh hissi ilə bayram edir. Allah oruc və dualarınızı qəbul eləsin! Süfrəniz bol və bərəkətli olsun!